Azərbaycanda internat məktəbin yataqxanasını yandıran şəxs tutulub

Azərbaycanda internat məktəbin yataqxanasını yandıran şəxs tutulub
# 26 noyabr 2013 10:02 (UTC +04:00)

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, noyabrın 25-də saat 16.45 radələrində Sumqayıt şəhərindəki 1 saylı İnternat Məktəbinin yataqxanasının 1-ci mərtəbəsində yerləşən anbarda yanğın baş verib. Bütövlükdə yanar konstruksiyalar və oradakı əşyalar yanıb, xəsarət alan olmayıb.

Yanğını törədən şəxs, həmin yataqxanada yaşayan Qubadlı rayon sakini Əfqan Əhmədov saxlanılıb.

Faktla əlaqədar cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR