Bakıda Alman Dili Tədris Mərkəzinin 5-ci ildönümü ilə bağlı tədbir keçirilib - FOTO

Bakıda Alman Dili Tədris Mərkəzinin 5-ci ildönümü ilə bağlı tədbir keçirilib - <span style="color: red;">FOTO
# 30 aprel 2014 09:35 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova - APA. Bakıda Alman Dili Tədris Mərkəzinin yaranmasının 5-ci ildönümü ilə bağlı tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Almaniyanın Azərbaycandakı səfiri Haydrun Tempel 2009-cu ildən fəaliyyət göstərən mərkəzin əhəmiyyətini vurğulayıb.

Səfir bildirib ki, Alman Dili Tədris Mərkəzi dil kursları ilə yanaşı, həm də tədris mərkəzidir və sertifikatları bütün dünyada tanınır: "Eyni zamanda mərkəz Azərbaycan vətəndaşlarına Almaniyada oxumaq və yaşamaq hüququnu verir. Bu mərkəz öz tələbələri və şagirdləri üçün maraqlı tədbirlər də təşkil edir, Almaniya mədəniyyətini, həyat tərzini tədris edir”.

Səfirin sözlərinə görə, bu mərkəz dünyada yaranmış Alman Dili Tədris Mərkəzi şəbəkəsinə aiddir: "Mərkəzdə tələbələrin sayının gündən - günə artması bizi çox sevindirir. Bu, həm də onu göstərir ki, burada çox ixtisaslaşmış müəllimlər çalışır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR