FHN-in Cənub Regional Mərkəzində seminar-müşavirə keçirilib - FOTO

FHN-in Cənub Regional Mərkəzində seminar-müşavirə keçirilib - <span style="color: red;">FOTO
# 24 aprel 2014 13:30 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev - APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzində "Fövqəladə halların proqnozlaşdırılması, profilaktik tədbirlərin həyata keçirilməsi, fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində FHN-in regionda fəaliyyət göstərən qurumları ilə yerli icra hakimiyyəti və özünüidarəetmə orqanları, eləcə də xidmət sahələri arasında qarşılıqlı fəaliyyət, qarşıda duran vəzifələr və problemlər" mövzusunda regional seminar-müşavirə keçirilib.

APA-nın cənub bürosunun məlumatına görə, FHN-in Baş Əməliyyat İdarəsinin, Nazirliyin regionda fəaliyyət göstərən qurumlarının məsul əməkdaşları, FHN Cənub Regional Mərkəzin əhatə etdiyi ərazi üzrə müvafiq rayon İcra hakimiyyətlərinin fövqəladə hallar üzrə komissiyalarının sədrləri, regionun enerji, qaz və su təchizatı üzrə xidmətlərinin rəisləri, 1 saylı Ekologiya və Təbii Sərvətlər şöbəsinin, Mərkəzi xəstəxanaların, Polis və Təhsil şöbələrinin nümayəndələri iştirak ediblər.

Müşavirənin keçirilməsində əsas məqsəd ehtimal olunan fövqəladə halların qarşısının alınması, eləcə də baş verə biləcək fövqəladə halların nəticələrinin aradan qaldırılması, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həyata keçirilməsi zamanı yerli icra və özünüidarəetmə orqanları ilə FHN-in regionda fəaliyyət göstərən qurumları arasında qarşılıqlı fəaliyyətin təşkilinin mövcud vəziyyətinin öyrənilməsi, görülən işlər, problemlər və onların həlli yollarının müzakirəsi olub.

Tədbiri giriş sözü ilə açan FHN Cənub Regional Mərkəzinin rəisi, polkovnik Zəmani Dadaşov FHN-in regionda fəaliyyət göstərən qurumları tərəfindən müvafiq rayon idarə və müəssisələrinin rəhbərləri ilə birgə keçirilən seminar-müşavirələrin, dəyirmi masaların vacibliyini bildirməklə, bu kimi tədbirlərin qarşılıqlı fəaliyyətin gücləndirilməsi işinə böyük təsir göstərəcəyinə inam hissi bəslədiyi bildirib.

FHN Baş Əməliyyat İdarəsinin Qarşılıqlı fəaliyyətin təşkili şöbəsinin rəisi, kapitan İlqar İsmayılov çıxış edərək FHN-in regionda fəaliyyət göstərən qurumlarla enerji, qaz və su təchizatı üzrə xidmətlər arasında razılaşdırılmış qarşılıqlı fəaliyyət planlarının bəndlər üzrə geniş təhlilini aparıb, bu sahədə tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb və mövcud qarşılıqlı fəaliyyət planlarının müvafiq bəndləri üzrə tədbirlərin icrasına nəzarətin gücləndirilməsinin vacibliyini bildirib.

"FHN Cənub Regional Mərkəzi ilə yerli qurumlar arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi məqsədilə hazırlanmış təkliflər" mövzusunda çıxış edən Mərkəzin Operativ reaksiyavermə və əməliyyat-planlaşdırma idarəsinin rəisi kapitan Müsəddiq Əsədov yerli qurumlarla qarşılıqlı fəaliyyət zamanı qarşıya çıxan problemlərdən danışıb.

Sonra müvafiq rayon İcra hakimiyyətlərinin fövqəladə hallar komissiyasının sədrlərinin, idarə və müəssisə rəhbərlərinin keçirilən seminar-müşavirə ilə bağlı təklifləri dinlənilib. Çıxışlarda irəli sürülən müddəaların interaktiv formatda konseptual təhlili keçirilərək, qeyd olunan məsələlərin həlli istiqamətində görüləcək işlərin səmərəliliyinin artırılması üçün tövsiyələr verilib.

Tədbirin sonunda "Fövqəladə Hallar Nazirliyi xəbərdarlıq edir!", "Hansı hallarda 112 qaynar xətlə əlaqə saxlamaq lazımdır?", "İlkin tibbi yardım göstərmək qaydalarını hamı bilməlidir!" mövzularında hazırlanmış vərəqə və yaddaş kitabçaları paylanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR