Əli Həsənov: “Azərbaycan İslam mənəviyyatının, mədəniyyətinin təbliğinə, islamofobiyaya qarşı mübarizəyə vəsait ayıracaq”

Əli Həsənov: “Azərbaycan İslam mənəviyyatının, mədəniyyətinin təbliğinə, islamofobiyaya qarşı mübarizəyə vəsait ayıracaq”
# 29 may 2013 14:52 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. “Bəzi beynəlxalq QHT- lər müsəlman ölkələrdəki vəziyyəti xaos, anarxiya kimi təqdim edir. Amma bu xaos və anarxiya elə onların son 5 ildə həmin ölkələrin daxili işlərinə müdaxilə etməsindən sonra yaranıb”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyası İctimai siyasi şöbəsinin müdiri Əli Həsənov bu gün Bakıda keçirilən “QHT - Hökumət dialoqunun gücləndirilməsi” adlı tədbirdə çıxışı zamanı deyib.

Şöbə müdiri qeyd edib ki, Azərbaycan İslam dünyasının maraq və mənafelərinin qorunmasına da qrant ayıracaq: “Biz İslam mənəviyyatının, mədəniyyətinin təbliğinə, islamofobiyaya qarşı mübarizəyə də vəsait ayıracağıq. Çünki müsəlmanları dünyada haqsız olaraq biabır edirlər, müsəlman xalqlarını terrorçularla eyniləşdirirlər. İslam ölkələrinin idarəçiliyini haqsız olaraq tənqid edilər. Halbuki bu ölkələrin çoxunda Avropa idarəçiliyindən daha möhkəm olan idarəçilik var. Bütün bu məsələlər artıq bizim diqqətimizdədir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR