Azərbaycanda benzin və dizel yanacağının istehsalı azalıb

Azərbaycanda benzin və dizel yanacağının istehsalı azalıb
# 17 iyun 2014 08:03 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-may aylarında Azərbaycanda neft məhsullarının istehsalı müəssisələri tərəfindən istehsalın həcmi 988,1 mln. manat olmaqla əvvəlki ilin yanvar-may ayları ilə müqayisədə 15,5% azalıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu ilin 5 ayı ərzində ölkədə 442,2 min ton avtomobil benzini istehsal edilib. Bu, ötən ilin yanvar-may ayları ilə müqayisədə 23,1% azdır. Nəticədə iyunun 1-nə 55,7 min ton hazır məhsul ehtiyatı yaranıb.

Bu il ərzində neft-kimya sənayesində istifadə üçün benzinin də istehsalı 10,7% azalaraq 57,5 min olub. Nəticədə iyunun 1-nə 7,1 min ton hazır məhsul ehtiyatı yaranıb. Ölkədə ağ neftin istehsalı 14,8% azalaraq 251,8 min ton, dizel yanacağının istehsalı 17,8% azalaraq 863,6 min ton, neft bitumunun istehsalı isə 7,6% azalaraq 118,3 min ton təşkil edib. Nəticədə 5 ay ərzində 43 min ton ağ neft, 81,3 min ton dizel yanacağı və 9,8 min ton neft bitumunun hazır məhsul eutiyatı yaranıb.

Bu ilin yanvar-may aylarında Azərbaycanda yalnız sürtgü yağlarının istehsalı 26,8% artaraq 19,4 min ton olub. Nəticədə də iyunun 1-nə 10,9 min ton hazır məhsul ehtiyatı yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR