İranın Yəməndəki səfirliyinin əməkdaşı naməlum şəxslər tərəfindən qaçırılıb

İranın Yəməndəki səfirliyinin əməkdaşı naməlum şəxslər tərəfindən qaçırılıb
# 22 iyul 2013 11:28 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranın Yəməndəki səfirliyinin əməkdaşı Nurəhməd Nikbəxtin naməlum silahlı şəxslər tərəfindən qaçırılıb.

APA-nın İSNA-ya istinadən məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Seyid Abbas Əraqçı bildirib.

Onun sözlərinə görə, İran xarici siyasət idarəsi səfirlik əməkdaşının taleyi ilə yaxından maraqlanır və məsələ ilə bağlı məlumat verəcək.

İranın Yəməndəki səfirliyinin bir vəzifəli şəxsi İSNA-ya açıqlamasında deyib ki, N.Nikbəxti qaçıranların kimliyi məlum deyil: “Hazırda Yəmən Xarici İşlər Nazirliyi, təhlükəsizlik qüvvələri və polislər məsələdən xəbərdardır. Hadisənin yeganə şahidi var”.

“Reuters” agentliyi isə Yəmən polisinə istinadən yazıb ki, İran səfirliyinin əməkdaşı Yəmənin paytaxtı Səna şəhərinin cənubundakı diplomatlar məhəlləsində avtomobili ilə gedərkən bir qrup naməlum silahlı şəxs onun qarşısını kəsərək naməlum istiqamətə aparıblar. Xəbərdə N.Nikbəxti qaçıranlarının kimliyinin məlum olmadığı qeyd edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR