FHN Qubada yaşayış evində baş vermiş partlayışla bağlı məlumat yayıb

FHN Qubada yaşayış evində baş vermiş partlayışla bağlı məlumat yayıb
# 01 oktyabr 2013 21:12 (UTC +04:00)

Bakı-APA. Fövqəladə Hallar Nazirliyi (FHN) oktyabrın 1-də Qubada yaşayış evində baş vermiş partlayışla bağlı məlumat yayıb. APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğınla nəticələnən partlayış Quba şəhərində vətəndaşa məxsus ümumi sahəsi 72 kv.m olan 3 otaqlı mənzildə baş verib. Nəticədə mənzildə 2 ədəd pəncərə çərçivələri yerindən çıxaraq həyətə düşüb. Mənzilin yataq otağında 1 ədəd çarpayı və yataq dəsti yanıb. Mənzil yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Qeyd edək ki, APA-nın verdiyi xəbərə görə, ötən gün axşam saatlarında Qubada yaşayış evində partlayış baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, partlayış Quba şəhəri, M.Qorki küçəsi bina 24, mənzil 18-də qeydə alınıb.

Partlayış nəticəsində Quba rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşı Elmar Umudov müxtəlif bədən xəsarətləri alaraq Quba Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti orta-ağırdır.

Hadisənin qaz sızmasından baş verdiyi ehtimal olunur. Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR