Azərbaycan prezidentinin Ukrayna Ali Radasının sədri ilə görüşü olub

Azərbaycan prezidentinin Ukrayna Ali Radasının sədri ilə görüşü olub
# 18 noyabr 2013 16:36 (UTC +04:00)

APA-nın məlumatına görə, görüşdə ölkələr arasında siyasi, iqtisadi və digər sahələrdə uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib.

Söhbət zamanı parlamentlərarası əməkdaşlığın, dostluq qruplarının əlaqələrin inkişafındakı rolu vurğulanıb.

Azərbaycanla Ukraynanın beynəlxalq təşkilatlarda, o cümlədən beynəlxalq parlament qurumlarında birgə uğurlu əməkdaşlığının həyata keçirilməsindən məmnunluğun ifadə edildiyi görüşdə əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR