Gürcüstanda Cənubi Qafqazda media azadlığı ilə bağlı növbəti ənənəvi konfrans keçiriləcək

Gürcüstanda Cənubi Qafqazda media azadlığı ilə bağlı növbəti ənənəvi konfrans keçiriləcək
# 25 oktyabr 2013 14:09 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. Noyabrın 11-12-də Gürcüstan paytaxtında ATƏT qarşısında KİV azadlığına dair öhdəliklər barədə Cənubi Qafqaz ölkələrinin 10-cu illik media konfransı keçiriləcək. APA-nın ATƏT-in mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, tədbirdə hər üç Cənubi Qafqaz ölkəsindən KİV, vətəndaş cəmiyyəti və elmi dairələrin təmsilçiləri son 10 ildə bölgənin media landşaftında dəyişikliklər, hökumətlərin söz və mətbuat azadlığı sahəsində fəaliyyəti və medianın inkişaf perspektivlərini müzakirə edəcəklər.

Konfransın açılışında ATƏT-in mətbuat azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç və Gürcüstanın rəsmi şəxsləri iştirak edəcək.

Tədbirin yekunları əsasında bəyannamə qəbul olunaraq hər üç ölkə hökumətlərinə göndəriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR