İSESCKO-nun baş direktoru: “Bütün dövlətləri urbanizasiya problemlərinin həlli üçün birgə səy göstərməyə çağırıram” - FOTO

İSESCKO-nun baş direktoru: “Bütün dövlətləri urbanizasiya problemlərinin həlli üçün birgə səy göstərməyə çağırıram” - <span style="color: red;">FOTO
# 11 noyabr 2013 09:01 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. “Beynəlxalq təşkilatlardan və komitələrdən əldə etdiyimiz bəyanatlar göstərir ki, hazırda dünya əhalisinin yarıdan çoxu şəhərdə yaşayır. Onlar yaxşı yaşayış əldə etmək naminə kənd yerlərindən qaçırlar. Ona görə də dünyada şəhər əhalisinin nisbəti 1950-ci ildə qeydə alınan 29,4 faizdən 2011-ci ildə 52,1 faizə çatıb”.

APA-nın xəbərinə görə, bunu İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri Bakıda keçirilən İslam Təhsil, Elm, Mədəniyyət Təşkilatının (İSESCO) üzv ölkələrinin uşaq məsələləri üzrə məsul nazirlərinin “İslam Dünyasında Uşaqlar və Urbanizasiya Problemləri” adlı IV konfransında çıxışında deyib. Baş direktor bildirib ki, bu nisbət artmaqda davam edir.

Ə.Əl-Tuveycrinin sözlərinə görə, İSESCO-ya üzv ölkələrdə bu vəziyyət daha sürətlə davam edir: “Hazırda təşkilata üzv ölkələrdə 47 faiz əhali şəhər yerlərində yaşayır ki, onlarında yarısı uşaqlardır. Uşaqların bu qrupu inkişaf etməkdə olan uşaqlar üçün böyük bir çağırışdır. Orada sosial ehtiyatların ödənilməsi problemləri, təhsil, səhiyyə problemləri, hüquqi məsələləri ortaya çıxır. Ona görə də biz bu məsələlərə diqqət yetirməliyik. Xüsusi proqramlar, planlar ortaya qoymalıyıq ki, şəhərlə kəndlər arasında fərqlər aradan qaldırılsın və onlar üçün yaxşı yaşayış şəraiti yaradaq”.

İSESCO-nun baş direktoru qeyd edib ki, Bakıda keçirilən bugünkü konfrans urbanizasiya problemləri və uşaqlara təsir baxımından mühüm bir çağırışdır: “Biz urbanizasiya məsələsini diqqətdə saxlayırıq. İnsanların məskunlaşmasında olan böyük problemlər gəlirlərdə, inkişafda da müəyyən fərqlər yaradır. Bu da birbaşa uşaqların səviyyəsinə, problemlərin yaranmasına gətirib çıxarır. Biz bu konfrans nəticəsində uşaqlarla bağlı bu problemlərin həlli üçün birgə yollar axtarıb tapmalıyıq. Bütün dövlətləri problemlərin həlli üçün birgə səy göstərməyə çağırıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR