Zərdab rayonuna dolu düşüb

Zərdab rayonuna dolu düşüb
# 11 iyun 2014 09:25 (UTC +04:00)

Zərdab. Zahid Abışov-APA. Zərdab rayonuna dolu düşüb.

Yerli sakinlərin APA-ya verdiyi məlumata görə, bu gün saat 10.30 radələrində rayonun bir hissəsinə dolu düşüb.

Sakinlər fərdi təsərrüfatlarına qismən ziyan dəydiyini, dolunun meyvə ağaclarına, taxıl və ot sahələrinə ziyan vurduğunu bildiriblər.

Zərdab rayon Fövqəladə Hallar Komissiyasının sədri Allahverdi Səfərov APA–ya açıqlamasında bildirib ki, bu gün Zərdaba düşən dolu qısamüddətli olduğundan hələlik ziyanla bağlı rayon İcra Hakimiyyətinə heç bir müraciət edilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR