Dow Jones indeksi 0,1% yüksəlib, S&P 500 0,4%, Nasdaq 0,9% enib

Dow Jones indeksi 0,1% yüksəlib, S&P 500 0,4%, Nasdaq 0,9% enib
# 19 noyabr 2013 06:38 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Noyabrın 18-də Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 15 976 bəndədək yüksəlib, S&P 500 0,4% - 1 792 bəndədək, Nasdaq 0,9% - 3 949 bəndədək enib.

«APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında indekslərin dinamikasına bəzi bəyanatlar təsir edib. Məsələn, iri fərdi investor Karl İkan bəyan edib ki, hazırda o, enməni mümkün saydığına görə özünü fond bazarında olduqca ehtiyatlı aparır. Bununla yanaşı, Nyu-York Federal Ehtiyat Bankının prezidenti Uilyam Dadli ölkə iqtisadiyyatının hazırkı vəziyyətinin «daha ümidverici» olduğunu bəyan edib. Filadelfiya Federal Ehtiyat Bankının prezidenti Çarlz Plosser isə hesab edir ki, iqtisadiyyatda və əmək bazarında vəziyyətin yaxşılaşması ilə əlaqədar istiqrazların geri alınması proqramının həcmini dəqiqləşdirmək lazımdır və bu həcm təmin olunduqdan sonra proqram dayandırılmalıdır.


Avropa fond bazarlarında noyabrın 18-də FTSE 100 indeksi 0,5% - 6 724 bəndədək, Almaniya DAX-ı 0,6% - 9 225 bəndədək, Fransa CAC-40-ı isə 0,7% - 4 321 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 1,0% azalaraq 1 274,50 dollara bərabər olub.


Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3509 dollar (+0,1%) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR