Fərhad Abdullayev: “Seçkilərlə bağlı məhkəmələrə müraciətlərin sayının az olmasına çalışmalıyıq”

Fərhad Abdullayev: “Seçkilərlə bağlı məhkəmələrə müraciətlərin sayının az olmasına çalışmalıyıq”
# 29 iyul 2013 09:39 (UTC +04:00)

APA-nın məlumatına görə, bu fikirləri dairə seçki komissiyaları (DSK) sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursda “Seçki hüququnun konstitusion əsasları və onun həyata keçirilməsinin qanunvericilik mexanizmləri” mövzusunda çıxışı zamanı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bildirib.


“Vətəndaşlar bilməlidirlər ki, onların şikayətlərinə məhkəmə tərəfindən dərhal baxıla bilir. Bu da insan hüquq və azadlıqlarının təmin olunması baxımından mühüm amildir. Seçkilərin gözəl keçirilməsi dünya birliyinə ölkəni yaxşı mənada nümayiş etdirilməsi baxımından da əla imkandır. Məhkəməyə edilən müraciətlərin sayının az olması isə seçki komissiyaları tərəfindən prosesin daha düzgün təşkil edilməsindən çox asılıdır”.

F. Abdullayev MSK-nın fəaliyyətinə də toxunub. O deyib ki, bu qurumun fəaliyyətində mütərəqqi dəyişikliklər var: “MSK beynəlxalq qurumlarla daha sıx əməkdaşlıq edir və ümumdünya seçki proseslərindən geri qalmır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR