Baş Prokurorluq Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizovanın evində axtarış aparıldığını təsdiqləyib

Baş Prokurorluq Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizovanın evində axtarış aparıldığını təsdiqləyib
# 06 may 2014 19:00 (UTC +04:00)

Bunu Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-nın sorğusuna cavab olaraq Qadın Krizis Mərkəzinin direktoru Mətanət Əzizovanın evində axtarış aparılması ilə əlaqədar bildirib.

E. Sultanov deyib ki, evdən iş üçün əhəmiyyət kəsb edən sənədlər və elektron daşıyıcılar maddi sübut kimi götürülüb.

**** 19.00

Bakı. Hafiz Heydərov - APA. Prokurorluq əməkdaşları Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizovanın evində axtarış aparır.

Bu barədə APA-ya M. Əzizovanın anası, Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı İctimai Birliyinin rəhbəri Mirvari Qəhrəmanlı məlumat verib.

Onun sözlərinə görə, bu gün Baş Prokurorluğun əməkdaşları Mətanət Əzizovanın yaşadığı evə gələrək axtarışlara başlayıblar. M. Qəhrəmanlı bu axtarışın nə ilə bağlı olduğunu bilmədiyini qeyd edib.

O, hazırda özünün və qızının ölkədə olmadığını deyib. M. Qəhrəmanlı qızının hansı ölkədə olduğunu deməkdən imtina edib.

M. Qəhrəmanlı öz evində də axtarış aparıldığını desə də, bu məlumat təsdiqini tapmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR