Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku - 9 may - VİDEO

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku - 9 may - <span style="color: red;">VİDEO
# 09 may 2014 17:08 (UTC +04:00)

Bakı-APA. Bu müharibənin bizə dəxli yoxdur deyənlərə! Yanılırsınız, bu müharibənin də, bu qələbənin də, almanların uğradığı məğlubiyyətin də bizə dəxli var. Biz bu müharibədə yüz minlərlə soydaşımızı itirmişik. Biz bu müharibədə həm sovet qoşunlarının, həm alman qoşunlarının tərkibində iştirak etmişik. Əsir düşmüş, partizanlıq etmiş, qalib gəlmiş və məğlub olmuşuq. Alman faşizmi üzərində qələbədə Bakı neftinin xüsusi rolu olub. Qəhrəman şəhər adı verilməyən, II dünya müharibəsinin adsız qəhrəmanı olan Bakı şəhərinin. Bu səbəbdən özlərini qələbənin əsas səbəbkarı kimi qələmə verənlər qədər bu qələbəni qeyd etməyə bizim də haqqımız var. İlk növbədə o müharibənin ağrı-acısını görmüş, sayları ildən-ilə azalan veteranlarımızın. Sizləri təbrik edirəm, əziz veteranlar! Qələbə günün mübarək, Bakı! Ruhunuz şad olsun, qəhrəman azərbaycanlı döyüşçülər! Kimin tərəfində, kimə qarşı döyüşməyinizdən asılı olmayaraq biz sizinlə həmişə fəxr edəcəyik. Çünki siz həm də Azərbaycan üçün döyüşmüsünüz!

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR