Milli Məclisin 2014-cü il yaz sessiyasının qanunvericilik planı qəbul olunub  - VİDEO

Milli Məclisin 2014-cü il yaz sessiyasının qanunvericilik planı qəbul olunub  - <span style="color: red;">VİDEO
# 03 fevral 2014 11:35 (UTC +04:00)

APA-nın məlumatına görə, müzakirələr zamanı çıxış edən deputat Mübariz Qurbanlı “Psixoloji xidmətlər haqqında” yeni qanunun işlənib hazırlanması təklifini irəli sürüb. Siyavuş Novruzov deyib ki, Azərbaycanda bələdiyyə üzvləri ilə yanaşı, bələdiyyə sədrlərini də vətəndaşlar seçməlidir və bu məsələ ilə bağlı müvafiq qanunvericiliyə dəyişiklik edilməlidir. Zahid Oruc Milli Məclisin adının dəyişdirilərək Millət Məclisi adlandırılmasını, müəllimlərə dövlət qulluqçusu adının verilməsinin iş planına daxil edilməsi təklifini səsləndirib. Elmira Axundova tikintidə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün qanunvericiliyə dəyişiklik edilməsini vacib sayıb. Fəzail Ağamalı ipoteka ilə bağlı qanuna dəyişiklik edilməsini istəyib. Fuad Muradov ehtiyacı olan gənclərə evlərin verilməsinə daha çox diqqətin ayrılmasını zəruri hesab edib.

Daha sonra iş planı haqqında məlumat verən sədr Oqtay Əsədov bildirib ki, yaz sessiyasının gündəliyinə 12 məsələ daxil edilib. Onun sözlərinə görə, yaz sessiyası müddətində Rəqabət Məcəlləsi, reklam haqqında, dəniz limanları, hərbi qulluqçuların statusu haqqında, silahlı qüvvələr və başqa silahlı birləşmələr haqqında, elm haqqında qanun layihələrini müzakirəyə çıxarılacaq. Spiker əlavə edib ki, deputatlar eyni zamanda kənd təsərrüfatı kooperasiyası haqqında, yaşıllıqların mühafizəsi haqqında, akkreditasiya haqqında qanun layihələrini, eləcə də bir sıra qanunlara əlavə və dəyişikliklər, o cümlədən təşəbbüs qaydasında daxil olan qanun layihələrini müzakirə edəcəklər.

İş planı səsə qoyularaq qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR