“Bank Technique” Bakıda səkkiz yeni şöbə açıb

“Bank Technique” Bakıda səkkiz yeni şöbə açıb
# 22 aprel 2014 12:19 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. Notariat əməliyyatlarının icrası və alqı-satqı əməliyyatlarının sürətləndirilməsi məqsədilə, Bakı şəhərində yerləşən daha səkkiz notariat kontorları nəzdində “Bank Technique”in yeni şöbələri fəaliyyətə başlayıb.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, yeni şöbələr 26 saylı (Binəqədi rayonu, Aydınbəyov küç., 106), 9 saylı (Nərimanov rayonu, H.Əliyev pr., 72), 54 saylı (Nəsimi rayonu, Xan Şuşinski küç., 12), 37 saylı (Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, A/B massivi 117a), 23 saylı (Nizami rayonu, Bəhruz Nuriyev küç., 29), 32 saylı (Binəqədi rayonu, 9a mkr., Mir Cəlal küç., 31), 22 saylı (Nəsimi rayonu, Cavadxan küç., 40), 46 saylı (Səbail rayonu, Z.Əliyeva küç., 23) notariat kontorları nəzdində fəaliyyət göstərir.

Xatırladaq ki, Azərbaycanda yalnız “Bank Technique”in elektron kioskları vasitəsilə Bakı şəhəri üzrə notariat kontorları və onların nəzdində fəaliyyət göstərən bankın şöbələrində notariat rüsumlarını rahatlıqla ödəmək mümkündür.

Bank gələcəkdə regionlarda yerləşən notariat kontorlarında da bu təcrübəsini tətbiq etmək niyyətindədir.

Qeyd edək ki, yeni xidmət nöqtələrinin açılması ilə “Bank Technique”in şöbələrinin sayı 22-yə çatdırılıb. Ümumilikdə, Bankın xidmət şəbəkəsi 32 filial və 22 şöbəni əhatə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR