Bakıda bir neçə oğurluq hadisəsi törədən şəxs tutulub

Bakıda bir neçə oğurluq hadisəsi törədən şəxs tutulub
# 23 iyun 2014 09:53 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda silsilə oğurluq hadisələri törədən şəxs tutulub. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, iyunun 20-də Albalılıq massivində yaşayan İsa Qasımovun evindən, pəncərənin dəmir barmaqlığını sındırmaqla qızıl-zinət əşyaları oğurlanıb. Xəzər Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin və 2-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Cavad Allahverdiyev tutulub. Müəyyən edilib ki, o yanvarın 29-da Albalılıq massivində Fəxrəddin Dadaşovun evindən, pəncərəni sındırmaq yolu ilə qızıl-zinət əşyaları, martın 20-nə keçən gecə Mehman Vəlixanovun evindən 600 manat, qızıl-zinət əşyaları, aprelin 30-da İlkin Əliyevin evindən 900 manat, qızıl, kulon, mayın 12-də Süleyman Hüseynovun evindən 5000 manat, qızıl-zinət əşyaları, iyunun 6-da Buzovna qəsəbəsində Niyaməddin Abdullayevin evindən 1800 manat, qızıl-zinət əşyaları və iyunun 21-də Pəri Ağayevanın evindən pəncərədən keçməklə qızıl-zinət əşyaları oğurlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR