Bu il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planları Nazirlər Kabineti tərəfindən təsdiq edilib

Bu il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planları Nazirlər Kabineti tərəfindən təsdiq edilib
# 13 noyabr 2013 12:33 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Təhsil Nazirliyi 2013-cü il üçün doktoranturaya qəbul qaydaları və planları ilə bağlı məsələyə aydınlıq gətirib. Nazirlikdən APA-nın sorğusuna verilən cavabda qeyd olunur ki, “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatların 2013-cü il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planları” Nazirlər Kabineti tərəfindən təsdiq edilib. Doktoranturaya qəbul müvafiq ali təhsil və elmi-tədqiqat müəssisələri tərəfindən aparılacaq. Qəbul haqqında elanlar respublika mətbuatında dərc olunacaq.

Növbəti ildə Azərbaycanda dövlət və ya özəl ali təhsil müəssisələrindən hansılarının akkreditasiyasının keçirilməsi ilə bağlı məsələyə gəlincə, nazirlikdən bildirilib ki, 2014-cü il ərzində akkreditasiya keçiriləcək təhsil müəssisələrinin siyahısı müəyyənləşdirilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR