«Bank of Baku»nun yenilənmiş veb-saytı istifadəyə verilib

«Bank of Baku»nun yenilənmiş veb-saytı istifadəyə verilib
# 11 fevral 2014 08:32 (UTC +04:00)

Bakı - APA-Economics. Yaranmasının 20 illiyi ərəfəsində «Bank of Baku» ASC korporativ saytını (www.bankofbaku.com) tam yeniləyərək istifadəyə verib. Bankdan «APA-Economics»ə verilən məlumata görə, yenilənmiş sayt bankın yubileyinə həsr edilmiş müxtəlif aksiya və tədbirlər sırasında ilk yenilikdir.

«Yeni sayt sadələşdirilmiş istifadə sistemi ilə seçilir. Yenilənmiş sayt bankın korporativ standartlarına uyğun olaraq fərqli vizual görüntü və məzmunu ilə seçilir. Saytda «Bank of Baku»nun məhsul və xidmətləri barədə müfəssəl məlumat əldə etmək mümkündür. Bankın saytında nağd kredit, əmanət, kredit kartları, təcili pul köçürmələri və digər məhsul və xidmətlər barədə geniş və ətraflı məlumatlar yerləşdirilib», - deyə məlumatda bildirilir.

Saytda kredit və əmanət kalkulyatorlarından istifadə edib bu və ya digər məhsul üzrə faiz ödənişlərini hesablamaq olar.

Saytın digər bölməsi onlayn bank xidmətlərinə həsr edilib. Burada istifadəçilər onlayn kredit ödənişi, onlayn kredit ərizəsi, plastik kart sifarişi, telefonla ödəniş

və digər xidmətlərdən faydalana bilərlər.

Yenilənmiş saytda həmçinin «Bank of Baku»nun fəaliyyətinin fundamental istiqamətləri, bankın fəlsəfəsi, inkişaf strategiyası, maliyyə göstəriciləri ilə tanış olmaq mümkündür.

Qeyd edək ki, saytının «Mətbuat» bölməsində isə ziyarətçilər bankın son xəbərləri ilə tanış ola bilərlər.

Sayt vasitəsilə istehlakçılar həmçinin təklif və şikayətlərini də verə bilərlər. Yenilənmiş sayt Azərbaycan, rus və ingilis dillərində istifadəyə verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR