Ramil Usubov Gürcüstanın diaspora məsələləri üzrə dövlət nazirini qəbul edib

Ramil Usubov Gürcüstanın diaspora məsələləri üzrə dövlət nazirini qəbul edib
# 21 noyabr 2014 16:08 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Daxili işlər naziri Ramil Usubov Azərbaycanda səfərdə olan Gürcüstanın diaspora məsələləri üzrə dövlət naziri Gela Dumbadzenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə çıxış edən Ramil Usubov qeyd edib ki, ölkəmizdə müxtəlif dinlərə və dillərə məxsus xalqlar əsrlər boyu tolerant bir mühitdə, dostluq və mehribanlıq şəraitində yaşayır, bu gün respublika daxili işlər orqanlarının sıralarında həmin millətlərin nümayəndələri də layiqiqncə xidmət edirlər.

Daha sonra nazir Ramil Usubov ölkədəki kriminogen durum, sabitliyin dönməzliyinin təmin olunması üçün ötən dövr ərzində görülən işlər və həyata keçirilən islahatlar barədə qısa məlumat verib.

Gela Dumbadze 2001-2005-ci illərdə ölkəsinin respublikamızdakı səfirliyində müşavir kimi fəaliyyət göstərdiyini xatırladaraq, Heydər Əliyevlə bağlı xoş xatirələrini bölüşüb, Azərbaycanın, o cümlədən paytaxt Bakının tanınmaz dərəcədə dəyişdiyini və dinamik templə inkişaf etdiyini məmnunluqla qeyd edib.

Görüşdə Gürcüstanın ölkəmizdəki səfiri Teymuraz Şaraşenidze də iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR