Bank Of Baku

Aİ auditorları: Avropanın 2030-cu ilədək müdafiə hazırlığına nail olması çətin olacaq

Aİ auditorları: Avropanın 2030-cu ilədək müdafiə hazırlığına nail olması çətin olacaq
# 04 sentyabr 2026 06:22 (UTC +04:00)

Avropa İttifaqının 2030-cu ilədək xarici hərbi müdaxiləyə effektiv cavab vermək imkanına malik olub-olmayacağı sual altındadır.

APA xəbər verir ki, bu barədə Avropa Auditorlar Məhkəməsinin (ECA) hesabatında bildirilib.

Hesabata əsasən, əsas problemlər Aİ-nin müdafiə sahəsində ABŞ-dən asılılığının davam etməsi və üzv dövlətlərin milli müdafiə sistemlərinin parçalanmış vəziyyətdə qalmasıdır.

ECA qeyd edib ki, Avropa İttifaqı 2022-ci ildə Rusiya-Ukrayna müharibəsinin başlamasından əvvəlki dövrlə müqayisədə hazırda daha yaxşı hazırlığa malikdir. Bununla belə, onilliyin sonunadək qarşıya qoyulan müdafiə hazırlığı məqsədinə çatmaq çətin olacaq.

“Aİ-də 2030-cu ilədək müdafiə hazırlığına nail olmaq mürəkkəb vəzifə olaraq qalır. Milli sistemlərin parçalanması kimi ciddi problemlər hələ də mövcuddur. Bundan başqa, biz hələ də ABŞ-dən asılıyıq”, – deyə auditə rəhbərlik edən ECA üzvü Marek Opioła bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR