Kolumbiyada qızıl mədəninin çökməsi nəticəsində ölənlərin sayı 6-ya çatıb

Kolumbiyada qızıl mədəninin çökməsi nəticəsində ölənlərin sayı 6-ya çatıb
# 16 may 2015 03:04 (UTC +04:00)

Bakı-APA. Kolumbiyanın Kaldas departamentində qızıl mədəninin çökməsi nəticəsində ölənlərin sayı 6-ya çatıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, daha 9 nəfər itkin düşmüş hesab edilir.

Axtarış əməliyyatına 100-ə yaxın xilasedici cəlb olunub. Lakin mütəxəssislərin fikrincə, sağ qalmış insanları tapmaq ehtimalı olduqca azdır.

Qeyd edək ki, mayın 14-də Kaldas departamentində qızıl mədənlərindən birinin çökməsi nəticəsində azı 15 nəfərin yerin altında qalması barədə məlumat yayılmışdı. İlkin ehtimala görə, mədən su basma nəticəsində çöküb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR