Qazax sakini minaya düşüb - VİDEO

Qazax sakini minaya düşüb - <span style="color: red;">VİDEO
# 17 oktyabr 2014 07:04 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Azərbaycanın Qazax rayon sakini minaya düşüb.

Qazax Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə Cəfərli kəndində qeydə alınıb.

1977-ci il təvəllüdlü kənd sakini Məmməd Qarasaqqalov dumanlı hava şəraitində azaraq, minalanmış neytral əraziyə keçib. Nəticədə mina partlayıb və M.Qarasaqqalov müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

M.Qarasaqqalovun sol ayağı amputasiya edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR