"Total": "Abşeron" yatağının işlənməsi üzrə inkişaf proqramı sentyabrda təqdim olunacaq

"Total": "Abşeron" yatağının işlənməsi üzrə inkişaf proqramı sentyabrda təqdim olunacaq
# 04 iyun 2015 08:19 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Abşeron" yatağının işlənməsi üzrə inkişaf proqramının sentyabrda təqdimatı olacaq.

APA-Economics”in məlumatına görə, bunu bu gün Bakıda öz işini davam etdirəm “Caspian Oil&Gas 2015” konfransında Fransanın "Total" şirkətinin “Abşeron” yatağının işlənməsi üzrə birgə müəssisə və inkişaf proqramı üzrə direktoru Erik Meyer bildirib.

Onun sözlərinə görə, inkişaf proqramını təqdim etmək üçün seçilmiş inkişaf sxemi üzərində işlər aparılır: “2015-ci ilin ortalarına kimi ümumu paket hazır olacaq. Sentyabrda inkişaf proqramı təqdim olunacaq. 2017-ci ilin sonunda investisiya ilə bağlı qərar qəbul olunacaq. ”Abşeron yatağından ilk qaz 2021-ci ildə hasil olunacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR