AEBA-da Azərbaycanda yaradılacaq sterilizasiya qurğusunda işləyəcək mütəxəssislərin təqdimatı olacaq

AEBA-da Azərbaycanda yaradılacaq sterilizasiya qurğusunda işləyəcək mütəxəssislərin təqdimatı olacaq
# 12 aprel 2013 07:43 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva - APA. Gələn ay Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) VyanadaKı mənzil-qərargahında Azərbaycanda yaradılacaq sterilizasiya qurğusunda işləyəcək mütəxəssislərin təqdimatı olacaq.

AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bu məqsədlə Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov və institutun bir qrup əməkdaşı Vyanada səfərdə olacaqlar.

Səfər zamanı Azərbaycanda yeni yaradılacaq “Sterilizasiya məqsədli güclü qamma qurğuları” kompleksinin dozimetrik və mikrobioloji laboratoriyasında işləyəcək mütəxəssislərin təqdimatı olacaq və bu laboratoriyada istifadəsi nəzərdə tutulan avadanlıqların seçimi aparılacaq.

Eyni zamanda həmin mütəxəssislərin qeyd edilən laboratoriyanın işinin təşkili üzrə Rumıniya və digər ölkələrdə kurslar keçməsi planlaşdırılır.

Qeyd edək ki, laboratoriyada istifadə olunacaq qurğuların 2013-cü ilin sonunadək Azərbaycana gətirilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR