Fevral ayında Azərbaycan bank sektorunun məcmu aktivləri artıb

Fevral ayında Azərbaycan bank sektorunun məcmu aktivləri artıb
# 14 aprel 2015 14:19 (UTC +04:00)

Bakı. Musa Əhmədov– APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu aktivləri son bir ildə 7,814 mlrd. manat və ya 37,53% artaraq 2015-ci il martın 1-nə 28 mlrd. 632,50 mln. manata çatıb.

APA-Economics”in xəbərinə görə, bu barədə Azərbaycan Mərkəzi Bankının saytında dərc edilmiş məlumatda qeyd edilib. 2015-cü ilin fevral ayı ərzində aktivlərin həcmi 3 794,5 mln. manat və ya 15,28% artıb.

Bank aktivlərinin tərkibində əsas yeri əvvəlki dövrlərdəki kimi müştərilərə verilən kreditlər tutur. Belə ki, hesabat dövründə bu kreditlərin həcmi 19 169,9 mln. manat və ya ümumi aktivlərin 67%-ni təşkil edir. Bundan başqa, aktivlərin tərkibində 2 594,1 mln. manat həcmində olan investisiyalar, 2 016,3 mln. manat həcmində olan müxbir hesabları, 1 331,7 mln. həcmində nağd vəsaitlər, 1 298 mln. manat həcmində maliyyə sektoruna verilən kredit və depozitlər və 2 222,5 mln. manat həcmində digər aktivlər tutur.

Passivlərin strukturunda isə 12 470,2 mln. manat depozitlər, 10 385,9 mln. manat maliyyə sektorundan cəlb edilən kredit və depozitlər, 1 665,5 mln. manat digər öhdəliklərin payına düşür. Passivlərin tərkibində kapitalın həcmi 4 110,9 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR