Paşha Bank
Bank Of Baku

Bolqarıstanda prezident seçkiləri: 27 namizəd mübarizə aparır, ikinci tur gözlənilir

Bolqarıstanda prezident seçkiləri: 27 namizəd mübarizə aparır, ikinci tur gözlənilir
# 25 oktyabr 2026 15:46 (UTC +04:00)

Bolqarıstanda prezident və vitse-prezident seçkiləri üzrə səsvermə başlayıb.

APA “Reuters”ə istinadən xəbər verir ki, seçkilərdə 27 namizəd cütlüyü iştirak edir. Təxminən 6,6 milyon seçicinin səsvermə hüququ var.

Əsas namizədlər arasında hazırkı Prezident İliyana Yotova və keçmiş müvəqqəti Baş nazir Andrey Gyurov yer alır.

Son rəy sorğularına əsasən, Yotovanın dəstəyi 41, Gyurovun isə 28 faiz təşkil edib.

Seçki məntəqələri yerli vaxtla saat 07:00-da açılıb və saat 20:00-da bağlanacaq. Xaricdə yaşayan Bolqarıstan vətəndaşları üçün 60 ölkədə 613 seçki məntəqəsi yaradılıb.

Namizədlərdən heç biri birinci turda qalib gəlmək üçün tələb olunan şərtləri ödəməzsə, noyabrın 1-də ikinci tur keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR