Bank Of Baku

Börnem ABŞ-nin vasitəçiliyi ilə Ukrayna üzrə danışıqları dəstəkləyib

Börnem ABŞ-nin vasitəçiliyi ilə Ukrayna üzrə danışıqları dəstəkləyib
# 08 sentyabr 2026 04:27 (UTC +04:00)

Böyük Britaniyanın Baş naziri Endi Börnem ABŞ Prezidenti Donald Trampın nümayəndələrinin iştirakı ilə Ukrayna münaqişəsinin nizamlanması üzrə aparılan danışıqları dəstəklədiyini bildirib.

Bu barədə Böyük Britaniya Baş nazirinin ABŞ Prezidenti Donald Trampla telefon danışığının yekunlarına dair Dauninq-strit 10-un yaydığı açıqlamada bildirilib.

“Ukraynaya gəldikdə, hər iki lider daha çox insan tələfatının qarşısını almağa imkan verəcək atəşkəsə nail olmaq üçün işi davam etdirməyin zəruriliyi ilə razılaşıb. Baş nazir Böyük Britaniyanın Ukraynaya və ABŞ-nin vasitəçiliyi ilə keçirilən son sülh danışıqlarına dəstəyini bir daha təsdiqləyib”, – açıqlamada qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR