Ötən ay Bakıda dərman təsirindən zəhərlənən 9 nəfər xəstəxanaya müraciət edib

Ötən ay Bakıda dərman təsirindən zəhərlənən 9 nəfər xəstəxanaya müraciət edib
# 06 iyul 2015 08:18 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. İyun ayı ərzində Azərbaycanda dərmanların əlavə təsiri nəticəsində allergik reaksiyadan zərər çəkən 9 nəfər Klinik Tibbi Mərkəzə müraciət edib.

Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov APA-ya açıqlamasında deyib ki, dərmandan zəhərlənənlərin hamısı xəstəxanaya yerləşdirilib.

A. Maqsudovun sözlərinə görə, onların hər birinə lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Dərmandan zəhərlənmə hallarının hamısının Bakıda baş verdiyini deyən A. Maqsudov bildirib ki, belə hallar əsasən antibiotiklərin və vitaminlərin təsiri nəticəsində qeydə alınır.

Şöbə müdiri deyib ki, ötən ay xəstəxanaya sirkə turşusundan zəhərlənmə ilə bağlı 2 nəfər müraciət edib və xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR