“Texnikabank”ın Bakı filialının keçmiş müdiri Zal Yusifov və digərlərinin apellyasiya məhkəməsi başlayıb

“Texnikabank”ın Bakı filialının keçmiş müdiri Zal Yusifov və digərlərinin apellyasiya məhkəməsi başlayıb
# 11 aprel 2013 11:06 (UTC +04:00)

APA-nın məlumatına görə, prosesdə məhkəmə baxışı mayın 1-nə təyin edilib.

Qeyd edək ki, “Texnikabank”ın Bakı filialının sabiq rəhbəri Zal Zakir oğlu Yusifov və filialın əməkdaşları - onun oğlu İslam Yusifov, Vüqar Behbudov, Səmayə Məmmədova, Ramal Yusifov, Rauf Əhmədov, Ülvi Hüseynov, Fəxri Hüseynov, Dağıstan Nəsirov, Akif Həsənov, Elşən Həsənov, İntiqam Sultanov, Mübariz Zeynalov, Saleh Qasımov, Məhəmməd Mürsəlov 81 nəfər müştərinin pulunu mənimsəməkdə təqsirləndirilir.

İddiaya görə, onlar zərərçəkmişlərin banka qoyduğu 4 milyon manat pulunu ələ keçiriblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zal Yusifov əmlakı müsadirə olunmaqla 15 il, Vüqar Behbudov isə 7 il müddətinə azadlıqdan məhrum olunub. Z. Yusifovun oğlu İslam Yusifov isə məhkəmə zalında tutularaq 8 il müddətinə azadlıqdan məhrum edilib.

Zamində olan digər təqsirləndirilənlər barəsində isə məhkəmə şərti azadlıqdan məhrum olunma cəzası təyin edib. Məhkəmə qərarında, həmçinin vətəndaşlara dəymiş ziyanın təqsirləndirilən şəxslər tərəfindən ödənilməsi tələb olunub. Həmin hökmdən verilən apellyasiya şikayətləri isə təmin olunmayıb.

Bundan sonra Ali Məhkəməyə kassasiya şikayəti ilə müraciət edilib. Ali Məhkəmə isə əvvəlki instansiya məhkəməsinin zərərçəkmişlərə zərərin ödənilməsi barədə olan hissəsini ləğv edərək işi yenidən Bakı Apellyasiya Məhkəməsinə göndərib. Bakı Apellyasiya Məhkəməsində işə baxılan zaman isə bir qrup zərərçəkmiş şəxs hökmdən apellyasiya şikayətinin verilmə müddətinin bərpa olunması üçün məhkəməyə müraciət ediblər. Bu səbəbdən iş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Bakı Ağır Cinayətlər Məhkəməsi isə müraciətə baxaraq işi yenidən Bakı Apellyasiya Məhkəməsinə göndərib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR