“Neftçi” Rauf Əliyevlə müqaviləni qarşılıqlı şəkildə pozub

“Neftçi” Rauf Əliyevlə müqaviləni qarşılıqlı şəkildə pozub
# 13 may 2015 14:51 (UTC +04:00)

Bakı – APA. “Neftçi” Rauf Əliyevlə müqaviləyə xitam verib. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi transferə çıxarılan 3 futbolçusundan biri olan hücumçunun müraciətini nəzərə alaraq, onunla bağlanmış müqaviləni qarşılıqlı razılıq əsasında pozub.

Nəticədə 26 yaşlı futbolçuya azad agent statusu verilib.

Qeyd edək ki, Əliyev “Neftçi”yə qış fasiləsində keçmişdi. O, “ağ-qaralar”ın heyətində 11 çempionat və 2 kubok oyununda meydana çıxıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR