Havaların isti keçməsi təcili yardıma müraciətlərin sayına ciddi təsir etməyib

Havaların isti keçməsi təcili yardıma müraciətlərin sayına ciddi təsir etməyib
# 03 may 2013 13:47 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Son günlər Bakıda qeydə alınan isti hava şəraiti təcili yardım stansiyasına daxil olan müraciətlərin sayının artmasına ciddi təsir etməyib. Bu barədə APA-ya açıqlamasında Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yadım Stansiyasının baş həkimi Mürsəl Həmidov deyib. O bildirib ki, hər zaman olduğu kimi son zamanlar da stansiyaya bir gündə 1400-1500 müraciət daxil olub. Baş həkimin sözlərinə görə, hələlik havalar çox isti olmadığından ciddi bir hal qeydə alınmayıb.

Bu ilin 5 ayı ərzində daxil olan müraciətlərinin sayını ötən ilin müvafiq dövrü ilə müqayisə edən M. Həmidov qeyd edib ki, yalnız yanvar - fevral aylarında çağırışların sayında ciddi artım olub: “Həmin dövrdə müraciətlərin sayı ötən ilin 2 ayı ilə müqayisədə 20-25 faiz artmışdı. Amma fevralın sonlarında müraciətlərin sayı yenidən normaya düşüb və son 3 ayda onların sayı ötən illə müqayisədə bərabərləşib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR