Azərbaycan Rio-de-Janeyro-2016-ya ilk lisenziyanı qazana bilər

Azərbaycan Rio-de-Janeyro-2016-ya ilk lisenziyanı qazana bilər
# 09 aprel 2015 13:04 (UTC +04:00)

Bakı – APA. Aprelin 11-də Quba Olimpiya Kompleksində Ümumdünya Boks Seriyasının (WSB) XII turu çərçivəsində “Baku Fires” ABŞ-ın “USA Knockouts” klubu ilə qarşılaşacaq. Apasport.az saytının məlumatına görə, komandaların heyətləri artıq məlumdu.

Belə ki, Albert Səlimov bu görüşdə qələbə qazansa, 2016-cı ildə keçiriləcək Rio-de-Janeyro Olimpiadasına vəsiqəni təmin edəcək. Onun rəqibi bu mövsüm 3 görüşü məğlubiyyətsiz bitirən və reytinqdə 7-ci yeri tutan Balderas olacaq. 18 yaşlı amerikalı boksçu “USA Knockouts”un ən istedadlı üzvlərindən sayılır.

Fərdi reytinqdə vəziyyətini yaxşılaşdırmaq üçün Pərviz Bağırova da mütləq qələbə lazımdı. Milli komandamızın üzvü bu mövsüm qeyri-sabit təsir bağışlayan Keballonu məğlub edə biləcək gücdədi. Amerikalı boksçu 2 döyüşdə qalib gəlsə də, 3 dəfə rinqi məğlub tərk edib.

Hazırda 18 xalla 4-cü olan “USA Knockouts” klubunun liderlərindən biri 52 kq çəki dərəcəsində mübarizə aparan Veneqasdı. Hazırda reytinqdə 3-cü sırada olan boksçu Olimpiya oyunlarına vəsiqə qazanmağa yaxındır.

“Baku Fires” – USA “Knockouts”

52 kq. Murad Rabadanov – Brent Riçard Veneqas

60 kq. Albert Səlimov – Karlos Balderas

69 kq. Pərviz Bağırov - Brayan Keballo

81 kq. Mixail Dalqalivets – Stiv Nelson

+91 kq. Haci Murtuzəliyev – Kam Avesome

Bu həftə B qrupunda “Puerto Rico Hurricanes” doğma rinqdə “Astana Arlans”ı qəbul edəcək. “Argentina Condors” “Caciques Venezuela” klubu ilə qarşılaşacaq. “Rafako Hussars Poland” isə səfərdə “İtalia Thunder”in qonağı olacaq.

Turnir cədvəli

1. “Astana Arlans” – 33 xal, (döyüşlərin nəticələri 46-9)

2. Baku Fires – 23, (35-20)

3. “İtalia Thunder “ – 20, (32-22)

4. USA “Knckouts” – 18, (26-29)

5. “Puerto Riko Hurricanes” – 18, (25-30)

6. “Venezuela Cacquez” – 17, (23-32)

7. “Rafako Hussars Poland” – 12, (21- 34)

8. “Argentina Condors” – 3, (11-43)

Cari çempionatda mübarizənin gərgin keçəcəyinə dəlalət edən səbəblərdən biri də Olimpiya oyunlarına lisenziyaların verilməsidi. WSB liqasından 17 boksçu mövsümün sonunda Rio Olimpiadasına vəsiqə qazanacaq. 49, 91 və +91 kq çəki dərəcələrində 1 idmançı, digər çəkilərdə isə 2 boksçu planetin ən böyük yarışına lisenziya əldə edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR