ETSN çaylardakı mövcud vəziyyəti açıqlayıb 

ETSN çaylardakı mövcud vəziyyəti açıqlayıb 
# 19 sentyabr 2014 09:47 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-150, Kiçik Qafqazın çaylarında 30-110, Lənkəran-Astara bölgəsi çaylarında 10-60 faizini təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, sentyabrın 19-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 150 m3/s olmaqla ongünlük normanın 108 faizini təşkil edir.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 78 m3/s olmaqla, ongünlük normanın 86 faizini təşkil edir.
Kür çayının aşağı axınında suyun səviyyəsində mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 3, Şirvanda 2 və Bankədə 6, Araz çayının Novruzlu məntəqəsində 1 sm azalma qeydə alınıb, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR