Tanınmış mədəniyyət və incəsənət xadimləri bölgələrdə təkmilləşdirmə kursları keçirəcəklər

Tanınmış mədəniyyət və incəsənət xadimləri bölgələrdə təkmilləşdirmə kursları keçirəcəklər
# 31 oktyabr 2014 11:09 (UTC +04:00)

Ağdam. Teymur Zahidoğlu-APA. "Yerlərdəki kadr çatışmazlığını aradan qaldırılması üçün Mədəniyyət və Turizm Nazirliyi respublikanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə bölgələrdə təkmilləşdirmə kursları təşkil edəcək".

APA-nın Qarabağ bürosunun xəbərinə görə, bunu bu gün Ağdamda vətəndaşları qəbul edən mədəniyyət və turizm naziri Əbülfəz Qarayev deyib. Bölgələrdə muzeyşünaslıq işinin təşkilinə də ciddi diqqət yetiriləcəyini bildirən Əbülfəz Qarayev qeyd edib ki, ilin sonunadək ölkədəki bütün tarix-diyarşünaslıq muzeylərinin rəhbərlərinin iştirakı ilə geniş kollegiya toplantısı çağırılacaq: "Muzey işçiləri üçün Xalça muzeyində, Qobustan muzeyində, Atəşgah və Qala muzeylərində dərslər tədris olunacaq, ən yaxşı dinləyicilərin xaricdə də bu sahə üzrə təcrübə mübadiləsinə şərait yaradılacaq".

Nazir onu da deyib ki, vətəndaşların qəbulu zamanı ən çox qaldırılan məsələ kadr çatışmazlığı ilə bağlı olub. Ona görə də, nazirlik məsələnin həlli üçün belə bir layihə üzərində işləyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR