Berlində I Avropa Oyunlarına həsr olunmuş fotosərgi açılıb - FOTOSESSİYA

Berlində I Avropa Oyunlarına həsr olunmuş fotosərgi açılıb - <span style="color: red;">FOTOSESSİYA
# 23 may 2015 14:04 (UTC +04:00)

Bakı - APA. Berlinin tarixi “Kunztschule” qallereyasında Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Almaniya Nümayəndiliyinin təşkilatçılığı ilə “Azərbaycan - İdman fotoobyektivdə” (ASİF) sərgisnin açılış mərasimi keçirilib.

TEAS-dan APA-ya verilən məlumata görə, tədbir idman həmrəyliyinə və 12-28 iyun tarixlərində Bakıda keçiriləcək I Avropa Oyunlarına həsr edilib.

65 foto şəkillərdən ibarət olan sərgi daha öncə London, Nitsa və Masstrixt kimi Avropa şəhərlərində nümayiş etdirilib. 250-dən çox qonağın iştirak etdiyi sərgidə Almaniyanın ictimai-siyasi xadimləri, parlamentarilər, incəsənət xadimləri, media təmsilçiləri, Azərbaycan diasporasının fəalları, həmçinin Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov da iştirak edib.

Tədbirin açılış mərasimində çıxış edən Avropa Azərbaycana Cəmiyyətinin Almaniya Nümayəndəliyinin rəhbəri Şahin Nemati-Nasab bildirib ki, Bakıda keçiriləcək I Avropa Oyunları Azərbaycanın idman həyatında tarixi hadisə olacaq: "Azərbaycan kimi gənc və dinamik inkişaf edən ölkə üçün bu səviyyədə mötəbər idman yarışını təşkil etmək böyük bir fürsətdir. Natiqin sözlərinə görə, Bakının Avropa Oyunlarına ev sahibliyi etməsi Azərbaycanın ümumbəşəri dəyərlərə sadiqliyini nümayiş etdirir".

Tanınmış almaniyalı fotoqraf və ASİF foto müsabiqəsinin münsiflər heyətinin üzvü Filip Ratmer Avropada keçirilən bu sərgilərlə bağlı öz təəssüratını bölüşərək qeyd edib ki, ASİF müsabiqəsinin təşkili və eyni adlı sərginin Avropanın müxtəlif şəhərlərində keçirilməsi avropalılara Azərbaycanın idman irsi ilə tanış olmağa gözəl şərait yaradır: "Bu sərgiylə tanışlıqdan sonra bir daha əmin olursan ki, ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi heç də təsadüfi deyil. Bu öləknin qədim, zəngin tarix və mədəniyyəti kimi, zəngin idman ənənələri vardır. Əminəm ki, birinci Avropa Oyunlarının Bakıda yüksək səviyyədə keçirilməsi Azərbaycanın dünyada tanıdılmasına töhfə verəcəkdir".

Xatırladaq ki, 2014-cü ilin avqust ayından start götürmüş “Azərbaycan - İdman fotoobyektivdə” adlı foto müsabiqənin nəticələri həmin ilin dekabrın əvvəlində elan olunub. Müsabiqənin mövzusu 2015-ci ildə Azərbaycanın ev sahibliyi etdiyi I Avropa Oyunlarına həsr olunub. Müsabiqə Azərbaycan, idman, idmanın ümumbəşəriliyi və Avropa Oyunlarının məzmunu kimi mövzuları əhatə edib.

Beləlilklə, I yeri azərbaycanlı idman fotoqrafı Dilavər Nəcəfovun “Şöhrətə Doğru”, II yeri fransalı fotoqraf və videoqraf Pol Robionun “İpanema -Rio de Janeyro”, III yeri isə azərbaycanlı həvəskar fotoqraf Rüfət Abasın “Yekun Təlimat” adlı fotoşəkilləri layiq görülüb.

Məlumat üçün bildirək ki, münsiflər heyətinin tərkibinə tanınmış amerikalı fotojurnalist, “VII Foto” Agentliyinin təsisçilərindən biri və 2011-ci ildə “World Press Photo” müsabiqəsinin qalibi Ed Kaşi, Maykl Cekson, Ledi Qaqa və Sofi Loren kimi məşhurların foto portretlərinin müəllifi kimi ad çıxaran almaniyalı fotoqraf Filip Ratmer və bir çox beynəlxalq mükafatların laureantı azərbaycanlı fotoqraf Əğdes Bağırzadə daxil idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR