Bakıda "Mercedes" və "Chevrolet" toqquşub, 2 nəfər xəsarət alıb - FOTOSESSİYA

Bakıda "Mercedes" və "Chevrolet" toqquşub, 2 nəfər xəsarət alıb - <span style="color: red;">FOTOSESSİYA
# 09 oktyabr 2014 21:59 (UTC +04:00)

Bakı. Mahir Məmmədli-APA. Ötən gecə Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, yol qəzası paytaxtın Sabunçu rayonunda, Heydər Əliyev prospektinə baş verib.

Prospektlə Heydər Əliyev Beynəlxalq hava limanı istiqamətində hərəkət edən "Mercedes" və eyni istiqamətdə hərəkətdə olan "Chevrolet" markalı avtomobillər toqquşub. İlkin məlumata görə, "Chevrolet" markalı avtomobilin sürücüsü manevr qaydasını pozub, yüksək sürətlə hərəkət edən "Mercedes" isə onu vurub. Daha sonra "Mercedes" yol kənarındakı təhlükəsizlik səddinə çırpılıb.

Sabunçu Rayon Polis İdarəsinin Anar Miralayevin APA-ya verdiyi məlumata görə, qəza nəticəsində iki nəfər xəsarət alıb. "Mercedes"in sürücüsü Əliquliyev Zaur Adışirin oğluna 3 saylı Şəhər Kliniki Xəstəxanasında ilkin tibbi yardım göstərilib və o, ambulator müalicəyə göndərilib. "Mercedes"in sərnişini, 47 yaşlı Qaragözov Elxan Şamil oğlu isə xəstəxanaya yerləşdirilib. Ona sağ bazu sumuyunun qapalı sınığı diaqnozu qoyulub və müalicəsi xəstəxanada davam etdirilir.

Fakrtla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR