Xəzərin Neftçala sahillərində batmış şəxsin kimliyi müəyyən edilib

Xəzərin Neftçala sahillərində batmış şəxsin kimliyi müəyyən edilib
# 20 iyun 2016 09:36 (UTC +04:00)

Neftçala. Əlibəy Zeynallı - APA. Xəzər dənizinin Neftçala rayonu ərazisində batan kişinin şəxsiyyəti müəyyən edilib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, qohumları tərəfindən tanınan şəxs Bakı şəhər sakini, 1954-cü il təvəllüdlü Fedin Yuri Fyodoroviçdir.

Onun meyiti Neftçala rayon Pataloji Anatomiya və Məhkəmə Tibbi ekspertiza mərkəzinin eksperti tərəfindən Salyan rayon morqunda müayinə olunduqdan sonra qohumlarına təhvil verilib.

Meyitin üzərində heç bir zorakılıq əlamətləri aşkar edilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR