ABŞ-da daşqınlar nəticəsində ölənlərin sayı 12-yə çatıb

ABŞ-da daşqınlar nəticəsində ölənlərin sayı 12-yə çatıb
# 06 oktyabr 2015 04:28 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Cənub və Şimal Karolina ştatlarında şiddətli yağışlardan sonra əmələ gələn daşqınlar nəticəsində ölənlərin sayı 12-yə çatıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, son beş gün ərzində Cənubi Karolina ştatında 10 nəfər təbii fəlakətin qurbanı olub. Onların əksəriyyəti qeyri-sabit hava nəticəsində yol qəzalarında ölənlərdir. Qonşu Şimali Karolinada daha 2 nəfərin öldüyü bildirilir.

Hər iki ştatda müşahidə olunan leysan yağışlara Atlantik okeanda tüğyan edən “Xoakin” qasırğası səbəb olub. Xilasedicilər yerli əhalini ən təhlükəli ərazilərdən təxliyyə etməkdə davam edir. Minlərlə insan elektrik enerji və içməli susuz qalıb.

Qeyd edək ki, ABŞ prezidenti Barak Obama Cənubi Karolina ştatını təbii fəlakət zonası elan edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR