Azərbaycan manatı dollara qarşı zəifləyib, avroya qarşı möhkəmlənib

Azərbaycan manatı dollara qarşı zəifləyib, avroya qarşı möhkəmlənib
# 04 sentyabr 2015 06:39 (UTC +04:00)

"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) sentyabrın 4-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi ötən günlə müqayisədə 0,0005 manat və ya 0,05% artaraq 1,0486 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0096 manat və ya 0,82% azalaraq 1,1667 manata enib.

Manata nəzərən Rusiya rublu isə 0,0001 manat və ya 0,63% artaraq 0,0158 manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR