Goranboyda iki avtomobil toqquşub, xəsarət alanlar var

Goranboyda iki avtomobil toqquşub, xəsarət alanlar var
# 03 noyabr 2015 10:05 (UTC +04:00)

Goranboy. Azər Məmmədli – APA. Bakı-Qazax magistralında iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Goranboy rayonunun Goran qəsəbəsi ərazisində Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Sumay Əhmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən yük avtomobilinə dəyərək yolun kənarına aşıb. Qəza zamanı sürücü və onun sərnişini, 1983-cü il təvəllüdlü 1983-cü il təvəllüdlü Fuad Məhərrəmov müxtəlif bədən xəsarətləri alaraq Goranboy Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.


Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR