Baş Prokurorluğun nümayəndə heyəti Xorvatiyada səfər edib

Baş Prokurorluğun nümayəndə heyəti Xorvatiyada səfər edib
# 14 aprel 2015 08:59 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Əli Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti Xorvatiya Respublikası Baş Prokurorluğunun Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya qarşı Mübarizə Departamentinin (USKOK) dəvəti ilə aprelin 8-dən 10-dək Xorvatiyada səfərdə olub.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər çərçivəsində Xorvatiya Respublikasının baş prokuroru Dinco Svitan, USKOK-un rəisi Tamara Laptos, eləcə də Ədliyyə Nazirliyinin, Korrupsiya və Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Milli Polis Mərkəzinin məsul əməkdaşları ilə görüşlər keçirilib.

Tədbirlərdə Əli Nağıyev Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində kompleks, sistemli və ardıcıl islahatların həyata keçirildiyini, bu sahədə respublikamızın bir çox beynəlxalq təşkilatlar, ixtisaslaşmış qurumlarla ikitərəfli və çoxtərəfli müqavilələr əsasında qarşılıqlı və səmərəli əməkdaşlıq etdiyini, həmçinin korrupsiyaya qarşı qətiyyətli və səmərəli mübarizədə ölkəmizin öz müsbət təcrübəsini bölüşməyə hazır olduğunu bildirib.

Azərbaycan nümayəndə heyəti “USKOK-un strukturu və iş metodları barədə”, “Şikayətçilərin qorunması və yeni antikorrupsiya strategiyası” və “Xüsusi dəlillərin toplanmasında polisin fəaliyyət i” mövzusunda keçirilmiş konfranslarda fəal iştirak edib, mövzular ətrafında səmərəli fikir mübadiləsi aparıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR