Elmir Həbibullayev: “ABB-Moskva”nın fəaliyyətində ciddi problemlər olmayacaq”

Elmir Həbibullayev: “ABB-Moskva”nın fəaliyyətində ciddi problemlər olmayacaq”
# 17 dekabr 2014 10:30 (UTC +04:00)

Bakı. Musa Əhmədov, Yeganə Laçınzadə - APA-Economics. “Azərbaycan Beynəlxalq Bankı” (ABB) törəmə şirkəti olan “ABB-Moksva”nın fəaliyyətində ciddi problemlərin olmasını nəzərdə tutmur.

APA-Economics”in məlumatına görə, bunu ABB-nin baş direktoru Elmir Həbibullayev rus rublunun dəyərdən düşməsinin “ABB-Moskva”nın fəaliyyətinə necə təsir edəcəyi ilə bağlı suala cavab verərkən bildirib.

“Çünki rublun məzənnəsinin dəyişməsi aktivlərin artıb-azalmasına ilə bağlı ola bilər. Yəni birbaşa problem yoxdur”, - deyə E. Həbibullayev bildirib.

Baş direktorun sözlərinə görə, bugünkü statistikaya əsasən, Azərbaycandan Rusiyaya və əks istiqamətdə həyata keçirilən pul köçürmələrin balansında ciddi dəyişiklik gözlənilmir.

“Hələlik biz bu təsiri yalnız rublun qiymətində görürük. Ola bilər ki, rublun dəyərdən düşməsi gələcəkdə Rusiya iqtisadiyyatında, iş yerlərinin sayında problemlər yarada bilər. Lakin hazırda elə bir problem görünmür”, - deyə o qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR