Fəzail Ağamalı seçicilərlə növbəti görüşünü keçirib

Fəzail Ağamalı seçicilərlə növbəti görüşünü keçirib
# 28 oktyabr 2015 15:37 (UTC +04:00)

Bakı – APA. Bu gün 60 saylı Salyan-Neftçala seçki dairəsindən Milli Məclisə namizədliyi irəli sürülmüş Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı Neftçala rayonunun Aşağı Surra kəndində seçki kampaniyasına yekun vurub.


Partiyanın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Aşağı Surra kəndinin seçiciləri ilə görüşü açan F. Ağamalının səlahiyyətli nümayəndəsi Əbülfət Bədəlov qısa olaraq namizədin tərcümeyi-halı haqqında məlumatı və 2010-cu ildən sonra deputatlıq fəaliyyətinin vacib məqamlarını seçicilərin diqqətinə çatdırıb.


Seçicilər qarşısında çıxış edən F. Ağamalı görüşdə iştirak etdiklərinə görə onlara dərin təşəkkürünü bildirib və son 5 ildə 60 saylı Salyan-Neftçala seçki dairəsinə daxil olan kəndlərdə, o cümlədən Aşağı Surrada görülən işləri dövlətin və ölkə prezidenti İlham Əliyevin diqqətinin ifadəsi kimi dəyərləndirib. O, kənddə həyata keçirilməsi vacib olan məsələlərin üzərində dayanıb və bütün bunların növbəti illərdə reallaşacağına əminliyini ifadə edib.

Görüş iştirakçılarından şəhid atası Hacı Abbasağa Rəhimov, Kərbəlayi Ədalət Abışov, kənd ziyalıları Həsənağa Abbasov və Ənvər Tağıyev ölkədə həyata keçirilən sosial xarakterli işlərə görə prezidentə minnətdarlıqlarını bildirib, dövlətçiliyə sədaqəti ilə fərqlənən, hər zaman xalqın problemlərini aradan qaldırmaqda fəallıq nümayiş etdirən F. Ağamalıya səs verəcəklərini söyləyiblər.


Beləliklə, F. Ağamalının seçicilərlə görüşü başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR