MSK müğənni Elza Seyidcahanla bağlı müraciəti təmin etməyib

MSK müğənni Elza Seyidcahanla bağlı müraciəti təmin etməyib
# 05 noyabr 2015 14:12 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Bu gün Mərkəzi Seçki Komissiyasında (MSK) noyabrın 1-də Milli Məclisə keçirilmiş seçkilərdə 54 saylı Şabran-Siyəzən seçki dairəsindən deputatlığa namizəd olmuş müğənni Elza Seyidcahansə səs vermiş 2 seçicinin müraciətinə baxılıb.

APA-nın məlumatına görə, müraciətdə həmin seçki dairəsində səsvermənin nəticələrinin ləğv edilməsi xahiş olunub.


MSK üzvü Validə Kazımova bildirib ki, MSK-nın ekspert qrupunun araşdırmaları nəticəsində həmin dairədə heç bir qanun pozuntusunun qeydə alınmadığı müəyyənləşib. Bu səbəbdən səsvermənin nəticələrinin ləğvinə ehtiyac yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR