Azərbaycanda səfərdə olan Çex Respublikasının prezidenti BDU-da görüş keçirib - FOTOSESSİYA

Azərbaycanda səfərdə olan Çex Respublikasının prezidenti BDU-da görüş keçirib - <span style="color: red;">FOTOSESSİYA
# 16 sentyabr 2015 15:00 (UTC +04:00)

Bakı-APA. Azərbaycanda səfərdə olan Çex Respublikasının prezidenti Miloş Zeman Bakı Dövlət Universitetinin (BDU) professor-müəllim və tələbə heyəti ilə görüşüb.

BDU-nun mətbuat və informasiya şöbəsindən APA-ya verilən məlumata görə, rektor, akademik Abel Məhərrəmov elmin, təhsilin və demokratiyanın inkişafına layiqli töhfələr vermiş Miloş Zemanın universitetə gəlişinin əhəmiyyətindən danışıb, bunu BDU-nun tarixində ən əlamətdar günlərdən biri kimi xarakterizə edib. Rektor Azərbaycan və Çex Respublikalarının tarixi köklərindən, müstəqillik əldə etdikdən sonra iki dövlət arasındakı diplomatik əlaqələrin inkişafından, dövlətlərarası yüksək səviyyəli strateji müttəfiqliyin mövcudluğundan, iqtisadiyyat, mədəniyyət, təhsil, elm və digər sahələrdəki sıx əməkdaşlıqdan da bəhs edib. Heydər Əliyevin Azərbaycan ilə Çex Respublikası arasındakı dostluq əlaqələrinin inkişafına hər zaman diqqət yetirdiyini deyən rektor həmin siyasətin prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Bakı Dövlət Universiteti haqqında məlumat verən rektor onun beynəlxalq əlaqələrindən, bu ölkənin bir neçə ali təhsil ocaqları, o cümlədən Kimya Texnologiyaları İnstitutu, Palatski Universiteti və Masarik Universiteti ilə sıx münasibətindən də bəhs edib.

Miloş Zeman Bakı Dövlət Universitetində olmaqdan məmnunluğunu ifadə edib. Ali qonaq ölkələrarası münasibətlərdən danışıb, elm və təhsil sahəsində əlaqələrin hazırkı durumundan razılıq ifadə edib və onun daha da inkişafının vacibliyini qeyd edib.

Sonra Çex Respublikasının prezidenti tələbələrin çoxsaylı sualını cavablandırıb.

Qeyd edək ki, prezident Miloş Zeman 1944-cü il sentyabr ayının 28-də Kolin şəhərində anadan olub. Praqa İqtisadiyyat Universitetini fərqlənmə ilə bitirərək həmin universitetdə dərs deməyə başlayıb. O, 1996-cı ildə parlamentin deputatlar palatasının sədri seçilib, 1998-ci ildə Çexiyanın baş naziri olub. 2013-cü ildə Çexiyanın prezidenti seçilib.

Görüşdə Azərbaycanın Çex Respublikasındakı səfiri Fərid Şəfiyev və həmin ölkənin Azərbaycandakı səfiri Vitezslav Pivonka da iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR