AVRO-2016: Almaniya millisi turnirin yarımfinalına yüksəlib

<span style="color: red;">AVRO-2016:  Almaniya millisi turnirin yarımfinalına yüksəlib
# 02 iyul 2016 23:56 (UTC +04:00)

Bakı-APA. Avropa çempionatının 1/4 final mərhələsinin növbəti oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, yarımfinal uğrunda iki Avropa nəhəngi – Almaniya ilə İtaliya mübarizə aparıblar.

Matçın ilk hissəsi təhlükəli epizodların azlığı ilə diqqət çəkib. İkinci hissədə isə iki qol olub. Tərəflər hərəyə bir dəfə fərqləniblər. Məsut Özilin 65-ci dəqiqədə hesabı açmasından 13 dəqiqə sonra Bonuççi Jerom Boatenqin əllə oynadığına görə təyin olunan penalti ilə "status-kvo"nu bərpa edib. Qalan vaxtda və əlavə edilmiş yarım saatda başqa qol olmayınca 3-cü yarımfinalçını təyin etmək üçün penaltilərə müraciət olunub.

Əsas həyəcan isə bu zaman yaşanıb. Hər iki tərəfdən qeyri-dəqiqlik çox olduğu üçün 9 nəfər zərbə vurmalı olub. Yekunda isə Almaniya millisi 6:5 hesabı ilə qalib gələrək yarımfinala adlayan tərəf olub.

Avropa çempionatı

1/4 final

2 iyul

Almaniya – İtaliya - 1:1 (Pen: 6:5)

Qollar: Məsut Özil, 65 - Bonuççi, 78 (pen.)

Baş hakim: Viktor Kassai

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR