Fransa universiteti ilə Azərbaycan universitetləri arasında saziş imzalanıb

Fransa universiteti ilə Azərbaycan universitetləri arasında saziş imzalanıb
# 30 sentyabr 2014 22:27 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə Heydər Əliyev mərkəzində Fransanın Yuxarı Alzas Müluz Universiteti ilə Gəncədə fəaliyyət göstərən iki universitet arasında əməkdaşlıq sazişləri bağlanıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, Yuxarı Alzas Universitetinin rektoru xanım Kristin Gangloff Ziegler ilə Azərbaycan Texnologiya universitetinin rektoru Akif Süleymanov arasında şərab texnologiyaları sahəsində, Aqrar Universitetin rektoru, professor İbrahim Cəfərovla isə üzümçülük və şərabçılıq sahələrində əməkdaşlıq sazişləri imzalanıb.

Saziş çərçivəsində pedaqoji, tələbə və elmi tədqiqat sahəsində də əməkdaşlıq nəzərdə tutulur. Tədbirdə çıxış edən xanım Kristin Gangloff Ziegler universitetlər arasında əlaqələrin inkişaf etdirilməsini əhəmiyyətli addım hesab edib. Tədbirdə çıxış edən Gəncə şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyev Azərbaycanla Fransa arasında son illər əlaqələrin inkişaf etdiyini və bu inkişafda Gəncənində mühüm rol oynadığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR