Yaponiyada 5,9 bal gücündə zəlzələ olub

Yaponiyada 5,9 bal gücündə zəlzələ olub
# 16 oktyabr 2014 03:21 (UTC +04:00)

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Sakit okeanda, Honsyu adasından cənub-şərqdə, ocağı 30 km dərinlikdə yerləşib.

Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir. Sunami təhlükəsi elan olunmayıb.

Zəlzələ paytaxt Tokio daxil olmaqla ölkənin 7 prefekturasında hiss olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR